Matyö Valbuena: "Neftçi" keyfiyyətli komandadır"

Matyö Valbuena: "Neftçi" keyfiyyətli komandadır" "İlk oyundakı kimi, cavab matçında da çətinliklər olacaq".
Futbol
453
27 İyul , 2021 13:04
Matyö Valbuena: Neftçi keyfiyyətli komandadır

"İlk oyundakı kimi, cavab matçında da çətinliklər olacaq. Evdəki görüşdə qol buraxmadan qazanılan qələbə çox vacib idi. İlk addımı atdıq. İnanıram ki, bizdə alınacaq".

"Report"un məlumatına görə, bunu Yunanıstan "Olimpiakos"unun futbolçusu Matyö Valbuena Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Fransalı yarımmüdafiəçi bildirib ki, görüş asan keçməyəcək: "Meydanda əlimizdən gələni edəcəyimizə əminəm. Səfərdə fərqli oynaya bilərik. Birinci matçda bəzi oyunçular meydanda olmadı. Məqsəd növbəti mərhələyə adlamaq və yolumuza davam etməkdir".

37 yaşlı oyunçu meydanda bütün güclərini ortaya qoyacaqlarını vurğulayıb: "Komandada ən təcrübəli və yaşlı oyunçulardan biri mənəm. Bu səviyyədə asan oyun olmur. Hətta kiçik komandalar sürpriz edə bilirlər. Hamımız, istər gənclər, istər təcrübəlilər, hər şeyə hazır olmalıyıq. Mərhələ adlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Təcrübəli futbolçu məğlubiyyət barədə düşünmədiklərini bildirib: "Bu, ağlımızdan belə keçmir. Çətin olacağını bilirik. Amma yalnız növbəti mərhələyə keçmək barədə fikirləşirik. "Neftçi" yaxşı və keyfiyyətli komandadır. Amma "Olimpiakos" da əla kollektivdir. Konkret hədəfimiz var, buna doğru irəliləyəcəyik. İlk matçdakı minimal üstünlüyümüzdən istifadə etməyə çalışacağıq. Bakıya qələbə üçün gedirik".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi