Matiç "Qarabağ"dan ayrılma səbəbini açıqlamadı

Matiç "Qarabağ"dan ayrılma səbəbini açıqlamadı "Belə böyük klubda mənə oynamaq imkanı yaratdıqları üçün "Qarabağ"a təşəkkür edirəm"
Futbol
26 İyul , 2021 15:09
Matiç Qarabağdan ayrılma səbəbini açıqlamadı

"Belə böyük klubda mənə oynamaq imkanı yaratdıqları üçün "Qarabağ"a təşəkkür edirəm".

Bu fikirləri "Report"a açıqlamasında serbiyalı futbolçu Uroş Matiç "Qarabağ"dan ayrılması barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, Ağdam təmsilçisində keçirdiyi bir mövsüm ərzində ona ailə qədər yaxın insanlarla tanış olub: "Bu komandada gözəl insanları tanıdım. "Qarabağ"a ən xoş arzularımı çatdırıram. Əminəm ki, Qurban Qurbanovun başçılığı altında həm daxili yarışlarda, həm də avrokuboklarda qarşıya qoyulan hədəflərə çatacaqlar. Komandaya uğurlar arzulayıram".

Matiç "Qarabağ"dan ayrılmasının səbəbi və hansı komandaya keçəcəyi ilə bağlı sualları isə cavablandırmaq istəməyib.

Qeyd edək ki, Uroş Matiç 2020-ci ilin yayından "köhlən atlar"ın şərəfini qoruyurdu.

Son xəbərlər

Orphus sistemi