Massimiliano Alleqri: "Ronaldu "Yuventus"da qalmaq istəmir"

Massimiliano Alleqri: "Ronaldu "Yuventus"da qalmaq istəmir" Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunu tərk etmək istəyir.
Futbol
27 Avqust , 2021 16:16
Massimiliano Alleqri: Ronaldu Yuventusda qalmaq istəmir
Kriştianu Ronaldu və Massimiliano Alleqri

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunu tərk etmək istəyir.

"Report"un məlumatına görə, bu barədə Turin komandasının baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.

"Mən dünən Kriştianu ilə danışdım. O, "Yuventus"da qalmaq niyyətində olmadığını bildirdi. Ronaldu bu gün səhər məşqində iştirak etməyib", - deyə Alleqri vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Mançester Siti" klubunun Kriştianu Ronalduya 2 mövsümlük müqavilə qarşılığında illik 15 milyon avro maaş təklif etdiyinə dair xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi