"Maşinsazi"nin kapitanı "Neftçi" ilə müqavilə bağlayıb

"Maşinsazi"nin kapitanı "Neftçi" ilə müqavilə bağlayıb Neftçi” heyətini gücləndirib.
Futbol
10 yanvar 2020 18:02
Maşinsazinin kapitanı Neftçi ilə müqavilə bağlayıb

"Neftçi” heyətini gücləndirib. 

"Report" xəbər verir ki, İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1,5 il müddətinə müqavilə bağlanıb.

Sonuncu klubu "Maşinsazi”nin (2016-2017, 2019) kapitanı olmuş Saman İranın "Naft Tehran” (2012-2013), "Gostareş Fulad” (2012-2018), "Traktor” (2014-2016), "Persepolis” (2017) və "Peykan" (2018-2019) klublarında çıxış edib. İran çempionatının qalibi (2017) olmuş futbolçu İran U-23 milli komandasında (2012) heyətində 6 oyun keçirib, 1 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi