Martines Belçika millisinin sükanı arxasında qalacaq

Martines Belçika millisinin sükanı arxasında qalacaq Belçika Kral Futbol Federasiyasının rəhbəri Peter Bossart, Avropa çempionatından sonra Belçika millisinin məşqçilər heyətini dəyişdirmək üçün səbəb olmadığını söyləyib.
Futbol
5 İyul , 2021 03:52
Martines Belçika millisinin sükanı arxasında qalacaq

Belçika Kral Futbol Federasiyasının rəhbəri Peter Bossart, Avropa çempionatından sonra Belçika millisinin məşqçilər heyətini dəyişdirmək üçün səbəb olmadığını söyləyib.

“Report” xəbər verir ki, bu barədə “Sporza” portalı Bossartın şərhinə istinad məlumat yayıb.

“Sabah payız oyunlarına hazırlaşmağa başlayacağıq. İndi baş məşqçini dəyişdirmək üçün heç bir səbəb yoxdur. Həm də Martinesin istefa verəcəyini hiss etmirəm”-deyə, o bildirib.

Xatırladaq ki, Roberto Martines 2016-cı ildən futbol üzrə Belçika millisinin baş məşqçisidir. Belçika komandası onun rəhbərliyi altında dünya çempionatlarında tarixin ən yaxşı nəticəsini 2018 Dünya Kubokunda bürünc medal qazanaraq göstərib.

Son xəbərlər

Orphus sistemi