Məşhur futbolçu “Real Madrid” rəhbərliyindən transferə çıxarılmasını istəyib

Məşhur futbolçu “Real Madrid” rəhbərliyindən transferə çıxarılmasını istəyib Bakı. 28 yanvar. REPORT.AZ/ Braziliya millisinin futbolçusu Marselo İspaniya “Real Madrid”ini tərk etmək niyyətindədir.
Futbol
28 Yanvar , 2019 10:23
Məşhur futbolçu “Real Madrid” rəhbərliyindən transferə çıxarılmasını istəyib

Bakı. 28 yanvar. REPORT.AZ/ Braziliya millisinin futbolçusu Marselo İspaniya “Real Madrid”ini tərk etmək niyyətindədir.

“Report” “Marca”ya istinadən xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi klub rəhbərliyindən transferə çıxarılmasını istəyib. Onun karyerasını sabiq komanda yoldaşı Kriştianu Ronaldunun formasını geyindiyi İtaliya “Yuventus”unda davam etdirməyi düşündüyü bildirilir.

2007-ci ildən “Real Madrid”ə çıxış edən Marselonun klubu ilə 30 iyun 2022-ci ilə qədər müqaviləsi var.

Qeyd edək ki, bir müddət əvvəl braziliyalı müdafiəçinin artıq çəkiyə görə “Real Madrid”də əsas heyət oyunçusu statusunu itirdiyi yazılıb.

Son xəbərlər

Orphus sistemi