Tanınmış futbolçu artıq çəkiyə görə "Real Madrid"də əsas heyət oyunçusu statusunu itirib

Tanınmış futbolçu artıq çəkiyə görə "Real Madrid"də əsas heyət oyunçusu statusunu itirib Bakı. 21 yanvar. REPORT.AZ/ İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Santyaqo Solari futbolçu Marselonu “11-lik”dən kənarlaşdırıb.
Futbol
157
21 Yanvar , 2019 10:18
Tanınmış futbolçu artıq çəkiyə görə Real Madriddə əsas heyət oyunçusu statusunu itirib

Bakı. 21 yanvar. REPORT.AZ/ İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Santyaqo Solari futbolçu Marselonu “11-lik”dən kənarlaşdırıb.

“Report” “Onda Cero”ya istinadən xəbər verir ki, səbəb 31 yaşlı müdafiəçinin 6 kq artıq çəkiyə malik olmasıdır. Braziliyalı oyunçu bu üzdən madridlilərin La Liqanın XX turunda “Sevilya”nı evdə 2:0 hesabı ilə məğlub etdikləri görüşdə ehtiyatda qalıb.

Marselo bu mövsüm meydana çıxdığı 11 çempionat oyununda 2 qol vurub və eyni sayda məshuldar ötürmə verib. “Real Madrid” hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, daha öncə Marselonun karyerasını İtaliya “Yuventus”unda davam etdirmək istədiyi və Kriştianu Ronaldu ilə təkrar komanda yoldaşı olmağı arzuladığı bildirilirdi.

Son xəbərlər

Orphus sistemi