"Marsel" - "Qarabağ" oyununda anşlaq olacaq

"Marsel" - "Qarabağ" oyununda anşlaq olacaq Qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb
Futbol
10 Fevral , 2022 10:07
Marsel - Qarabağ oyununda anşlaq olacaq

"Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda anşlaq olacaq.

"Report"un məlumatına görə, qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb.

15 avroya satışa çıxarılmış 5-ci kateqoriya biletləri tükənib. Satışda yalnız 20 avro, 25 avro, 29 avro və 39 avroya olan biletlər qalıb.

Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi