"Marsel" - "Qalatasaray" oyununda yaşananlara görə 5 azarkeş saxlanılıb

"Marsel" - "Qalatasaray" oyununda yaşananlara görə 5 azarkeş saxlanılıb Bundan başqa hüquq-mühafizə orqanlarının 4 əməkdaşı yaralanıb
Futbol
1 Oktyabr , 2021 12:42
Marsel - Qalatasaray oyununda yaşananlara görə 5 azarkeş saxlanılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransanın "Marsel" və Türkiyənin "Qalatasaray" komandaları arasındakı oyunda baş verən hadisələrə görə 5 nəfər saxlanılıb.

"Report" "France Presse" agentliyinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 3, meydan sahiblərinin isə 2 azarkeşi tutulub. Bundan başqa hüquq-mühafizə orqanlarının 4 əməkdaşı yaralanıb.

Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.

Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.

Son xəbərlər

Orphus sistemi