"Marsel" klubu baş məşqçisi ilə yollarını ayırıb

"Marsel" klubu baş məşqçisi ilə yollarını ayırıb Fransanın "Marsel" klubu baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb.
Futbol
1 İyul , 2022 17:35
Marsel klubu baş məşqçisi ilə yollarını ayırıb
Xorxe Sampaoli

Fransanın "Marsel" klubu baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb.

"Report" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Mətbuatda yer alan xəbərə görə, argentinalı baş məşqçi "Marsel"in transfer siyasətindən narazı qalıb.

Qeyd edək ki, Xorxe Sampaoli 2021-ci ilin fevralından komandaya rəhbərlik edib. "Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ən iki oyununda "Qarabağ"a qalib gəlib - 3:1;3:0.

Son xəbərlər

Orphus sistemi