“Marsel” Joau Mariu ilə maraqlanır

“Marsel” Joau Mariu ilə maraqlanır Rusiya “Lokomotiv”inin icarəyə götürdüyü “İnter” klubunun portuqaliyalı yarımmüdafiəçisi Joau Mariu Fransanın “Marsel” klubunun diqqətini çəkib.
Futbol
9 İyun , 2020 08:32
“Marsel” Joau Mariu ilə maraqlanır

Rusiya “Lokomotiv”inin icarəyə götürdüyü “İnter” klubunun portuqaliyalı yarımmüdafiəçisi Joau Mariu Fransanın “Marsel” klubunun diqqətini çəkib.

“Report” xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.

Qeyd olunub ki, klubla oyunçunun nümayəndələri arasında müəyyən müqavilə bağlanıb. Futbolçunun özü də həmyerlisi Andre Villas-Boasın rəhbərliyi altında oynamaq istəyir.

Joau Mariunun “İnter”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Amma italyanlar oyunçu ilə yollarını ayırmağı planlaşdırır və əgər futbolçunun maaşının böyük hissəsini transfer edəcək klub öz üzərinə götürəcəyi təqdirdə “İnter” yarımmüdafiəçini azad etməyə razı ola bilər.

Mariu 2016-cı ilin yayında “Sprotinq”dən “İnter”ə keçib. Transferin məbləği 40 milyon avro olub. Bu mövsüm 27 yaşlı yarımmüdafiəçi icarə əsasında “Lokomotiv”in heyətində çıxış edir. Rusiya çempionatında 11 oyun keçirib, 1 qol vurub və iki məhsulda ötürmə edib. 

Son xəbərlər

Orphus sistemi