"Marsel"in futbolçusu: "Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərmək istəyirik"

"Marsel"in futbolçusu: "Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərmək istəyirik" "Sonuncu oyundan sonra yenə çalışırıq. Bu məğlubiyyət barədə danışmışıq. "Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərmək istəyirik".
Futbol
23 Fevral , 2022 18:42
Marselin futbolçusu: Qarabağa qarşı ən yaxşı oyunumuzu göstərmək istəyirik

"Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərmək istəyirik".

"Report"un məlumatına görə, bunu Fransanın "Marsel" klubunun futbolçusu Bubakar Kamara Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

23 yaşlı müdafiəçi vacib qarşılaşmadan əvvəl hansısa problemin olmadığını bildirib: "Klermon"a qarşı son çempionat matçındakı məğlubiyyəti öz aramızda danışmışıq. Hər oyundakı nəticələrdən sonra azarkeşlər buna reaksiya göstərir. Biz bütün matçlarda qələbə qazanmağa çalışırıq ki, azarkeşlərin gözündə hörmətimizi saxlayaq. Amma uduzanda məyus oluruq. Futbolçular bir-birinə dəstək olmağa çalışır. Sabahkı görüşə də yaxşı köklənmişik. Meydana qələbə üçün çıxacağıq".

Kamaranın fikrincə, Bakıda məğlub olsalar, fanatlar bunu çox pis qarşılayar: "Bu barədə düşünmürük. Mərhələ adlayacağımıza ümid edirik və hər şey bizim üçün yaxşı qurtaracaq".

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi