"Marsel"in futbolçusu: "Artıq "Qarabağ" haqqında düşünə bilərik"

"Marsel"in futbolçusu: "Artıq "Qarabağ" haqqında düşünə bilərik" "Artıq "Qarabağ" haqqında düşünə bilərik".
Futbol
15 Fevral , 2022 18:23
Marselin futbolçusu: Artıq Qarabağ haqqında düşünə bilərik

"Artıq "Qarabağ" haqqında düşünə bilərik".

"Report"un məlumatına görə, bunu Fransa "Marsel"inin futbolçusu Pap Quye evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə "laprovence.com" saytına açıqlamasında deyib.

Seneqallı yarımmüdafiəçi bildirib ki, çempionat matçında "Mets" üzərində 2:1 hesablı qələbədən sonra komanda rahat nəfəs almağa başlayıb: "Amma arxayınlaşmaq olmaz. Vacib oyunlarımız hələ qarşıdadır. İnanıram ki, uğurlu matçlarımızın davamı gələcək".

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi