"Marsel" fanatları Bilbao stadionunun stüardlarına küt alətlə xəsarət yetiriblər

"Marsel" fanatları Bilbao stadionunun stüardlarına küt alətlə xəsarət yetiriblər Stüardlardan biri boyun, digəri isə əl nahiyəsindən deşilmiş yara alıb
Futbol
16 Mart , 2018 03:58
Marsel fanatları Bilbao stadionunun stüardlarına küt alətlə xəsarət yetiriblər

Bakı. 16 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının 1/8 finalının "Atletiko" və "Marsel" komandaları arasında keçirilən cavab matçında insident baş verib. Bilbao şəhərinin "San-Mames" stadionunda baş tutan qarşılaşmada stüardlar fransalı futbol azarkeşlərinin hücumuna məruz qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "El Correo" nəşri yazıb.

Stüardlardan biri boyun, digəri isə əl nahiyəsindən deşilmiş yara alıb. Həkimlərin bildirdiklərinə görə, onların aldıqları xəsarət həyatları üçün təhlükəli deyil.

Faktla bağlı azı 1 nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi