"Marsel" fanatları Konfrans Liqası matçında iğtişaş törədib

"Marsel" fanatları Konfrans Liqası matçında iğtişaş törədib Fransanın "Marsel" klubunun azarkeşləri Yunanıstan PAOK-una qarşı UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda ixtişaşlar törədiblər.
Futbol
8 aprel 2022 06:06
Marsel fanatları Konfrans Liqası matçında iğtişaş törədib

Fransanın "Marsel" klubunun azarkeşləri Yunanıstan PAOK-u ilə UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda ixtişaşlar törədiblər.

"Report" xəbər verir ki, fanatlar qarşılaşmanın start fitindən az sonra qonaq tribunaya məşəl atıblar.

Bundan başqa, yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, görüşdən əvvəl yunanıstanlı azarkeşlərin məskunlaşdıqları hotelin yaxınlığında kütləvi dava düşüb.

Qeyd edək ki, qarşılaşma "Marsel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi