Marko Rossi: "Azərbaycanla oyunda bəxtimiz gətirmişdi"

Marko Rossi: "Azərbaycanla oyunda bəxtimiz gətirmişdi" Macarıstan millisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri ev oyununu xatırlayıb.
Futbol
516
4 Yanvar , 2021 12:46
Marko Rossi: Azərbaycanla oyunda bəxtimiz gətirmişdi
Marko Rossi

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri ev oyununu xatırlayıb.

"Report"un məlumatına görə, italiyalı mütəxəssis "24.hu" nəşrinə müsahibəsində 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada bəxtlərinin gətirdiyini etiraf edib.

57 yaşlı baş məşqçi son dəqiqədə buraxdıqları qolun görüşün referisi tərəfindən qeydə alınmadığını bildirib: "Ötən il yığma mənim rəhbərliyim altında 24 oyun keçirib. Estoniya və Azərbaycandan başqa, digər rəqiblər kağız üzərində bizdən güclü idilər. Monteneqronu da bu siyahıya əlavə etmək olar. Azərbaycanla qarşılaşmada bəxtimiz gətirdi və heç-heçə etdik. Çünki baş hakim rəqibin oyunun sonlarında vurduğu qolu saymadı. Amma, demək olar ki, matç ərzində üstünlük bizim tərəfimizdə idi".

Qeyd edək ki, Macarıstanla 2019-cu il oktyabrın 13-də baş tutan görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə yığmanın müdafiəçisi Bəhlul Mustafazadə hesabı bərabərləşdirsə də, niderlandlı referi Denis Hiqler futbolçunun əllə oynadığını iddia edərək, qaydalar çərçivəsində vurulmuş qolu ləğv etmişdi.

Son xəbərlər

Orphus sistemi