Marko Rossi: "Azərbaycanla matçda qalib gəlməliyik"

Marko Rossi: "Azərbaycanla matçda qalib gəlməliyik" Futbolçularımız Slovakiya ilə matçda əllərindən gələni etsələr də, böyük şansı qaçırdığımızı anlayırıq. İndi soyuq başla deyə bilərəm ki, son qarşılaşamada çox şanslı idik.
Futbol
30 Sentyabr , 2019 17:14
Marko Rossi: Azərbaycanla matçda qalib gəlməliyik

"Futbolçularımız Slovakiya ilə matçda əllərindən gələni etsələr də, böyük şansı qaçırdığımızı anlayırıq. İndi soyuq başla deyə bilərəm ki, son qarşılaşamada çox şanslı idik". 

"Report" xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya və Azərbaycanla matçdan öncə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

55 yaşlı mütəxəssis deyib ki, kağız üzərində Xorvatiyaya qalib gəlmək mümkünsüz görünə bilər: "İndi həmişəkindən daha vacib olan iki çətin oyun var. Hələ ki, qrupdan çıxmaq şansımız qalır, amma bu iki matçın nəticəsindən çox şey asılıdır. Xüsusən də ikinci qarşılaşma. Sözsüz ki, Azərbaycanla matçda qalib gəlməliyik. Xorvatiyaya qalib gəlmək kağız üzərində mümkünsüz görünür. Amma biz yaxşı təəssürat yaratmağa çalışırıq. Əlbəttə, özümüzün və onların kim olduqlarını bilirik".

İtaliyalı məşqçi daha sonra futbolçuları barədə danışıb: "Kristian Tamaşı dəvət etməyi qərara aldım. Çünki o, keçən il əsas heyət üzvü idi. Amma "Vidi"də çox oynaya bilmədi. Son zamanlar müntəzəm olaraq "Zalegerseq"də oynayır və hər dəfə komandasının ən yaxşılarından biridir".

Rossi 8 il sonra milliyə çağırdığı "Uypeşt"in hücumçusu Robert Feçesini çoxdan tanıdığını sözlərinə əlavə edib: "Həmişə onun oyununu bəyənmişəm. Meydanda komanda üçün işləyən və taktiki cəhətdən çox yaxşı bir kollektiv oyunçusudur. Adam Salaiyə bir şey olsa və ya yorulsa, Feçesin komandaya çox kömək edə bilər. Onun gənc olmadığını bilirəm. Amma formadadır və bizə çox kömək edə bilər".

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi