Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan ilə matça bütün qüvvəmizlə hazırlaşırıq. Oyunda uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik
Bu sözləri futbol üzrə İtaliya yığmasının yarımmüdafiəçisi Marko Parolo deyib.
Oktyabrın 10-da keçiriləcək Azərbaycan-İtaliya matçı ilə bağlı fikirlərini bölüşən M.Parolo qeyd edib ki, Azərbaycan yığması keçirdiyi son dörd oyunda məğlub olmayıb. Bu da matçın gərgin keçəcəyindən xəbər verir.