Mario Balotelli komandasının məşqindən qovulub

Mario Balotelli komandasının məşqindən qovulub İtaliya Breşiyasının futbolçusu Mario Balotelli komandasının məşqini vaxtından əvvəl başa vurmalı olub.
Futbol
22 Noyabr , 2019 02:30
Mario Balotelli komandasının məşqindən qovulub

İtaliya "Breşiya"sının futbolçusu Mario Balotelli komandasının məşqini vaxtından əvvəl başa vurmalı olub.

"Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, baş məşqçi Fabio Qrosso 29 yaşlı hücumçunu hazırlıq prosesindən kənarlaşdırıb. O, Balotellinin tam gücünü ortaya qoymamasını səbəb göstərib.

Paltardəyişmə otağına yollanan oyunçu oradan klubun bazasını ümumiyyətlə tərk edib. "Breşiya"nın mətbuat xidməti isə hadisənin mahiyyətini azaltmağa çalışaraq bildirib ki, təcrübəli forvard ikitərəfli oyunda əvəzləndikdən sonra məşqdən ayrılıb.

Qeyd edək ki, Mario Balotelli "Breşiya"ya ötən yay azad agent kimi keçib. O, əvvəllər İtaliyanın "İnter" və "Milan", İngiltərənin "Mançester Siti" və "Liverpul", həmçinin Fransanın "Nitsa" və "Marsel" klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi