Mario Balotelli Fransa klubunda daha bir mövsüm qalmağa razılıq verib

Mario Balotelli Fransa klubunda daha bir mövsüm qalmağa razılıq verib Bakı. 21 avqust. REPORT.AZ/ İtaliya milli komandasının futbolçusu Mario Balotelli Fransanın Nitsa komandasında daha bir mövsüm qalmağı qərara alıb.
Futbol
21 Avqust , 2018 10:51
Mario Balotelli Fransa klubunda daha bir mövsüm qalmağa razılıq verib
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ İtaliya milli komandasının futbolçusu Mario Balotelli Fransanın "Nitsa" komandasında daha bir mövsüm qalmağı qərara alıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumçu uzun müddət düşündükdən sonra istəyini rəhbərliyə çatdırıb. Nəticədə onunla yeni müqavilə bağlanılıb. Balotelli Fransa Liqa 1-də IV turun "Lion"la səfər oyununda meydana çıxa bilər.

Qalmaqallı forvardın qərarının gecikməsinə səbəb "Marsel" klubunun da onunla maraqlanması olub. Lakin məsələ həllini tapmayıb.

Qeyd edək ki, Mario Balotelli "Nitsa"ya 2016-cı ilin yayında İngiltərə "Liverpul"undan keçib. 

Son xəbərlər

Orphus sistemi