Marçello Lippi Çin yığmasını tərk edib

Marçello Lippi Çin yığmasını tərk edib Bakı. 25 yanvar. REPORT.AZ/ Futbol üzrə Çin milli komandasının baş məşqçisi Marçello Lippi postundan ayrılıb.
Futbol
25 Yanvar , 2019 10:33
Marçello Lippi Çin yığmasını tərk edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Futbol üzrə Çin milli komandasının baş məşqçisi Marçello Lippi postundan ayrılıb.

“Report” FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis rəhbərlik etdiyi kollektivin Asiya Kubokunun 1/4 final mərhələsində İran yığmasına 0:3 hesablı məğlubiyyətindən sonra qərarını açıqlayıb.

“Bununla da Çin yığması ilə müqaviləm baş çatır. Çin kimi ölkənin milli komandasına rəhbərlik etmək mənim üçün şərəf idi. Komandanın güclü olması üçün əlimdən gələn hər şeyi etdim. Hər kəsə dəstəyə təşəkkürümü bildirirəm”, - Lippi söyləyib.

Qeyd edək ki, 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olan M.Lippi 2016-cı ildən Çin yığmasına rəhbərlik edirdi. O, 2012 - 2014-cü illərdə bu ölkənin “Quançjou Everqrand” komandasının baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi