Maradonanın ölümündən əvvəlki son görüntüləri yayıldı

Maradonanın ölümündən əvvəlki son görüntüləri yayıldı Sosial şəbəkələrdə əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümündən bir gün əvvəlki videosu yayılıb.
Futbol
28 Noyabr , 2020 03:35
Maradonanın ölümündən əvvəlki son görüntüləri yayıldı
Dieqo Maradona

Sosial şəbəkələrdə əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümündən bir gün əvvəlki videosu yayılıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Videonu idmançının qonşusu öz evinin pəncərəsindən çəkib. Kadrlarda görünür ki, Maradona kömək olmadan hərəkət edə bilmir. O, köməkçilərin çiyinlərinə söykənərək küçə boyu gəzişib.

Hansısa bir anda qonşunun oğlu keçmiş futbolçunu salamlayıb. Sabiq futbolçu isə buna cavab olaraq ona əl edib. Bundan sonra oğlan anasına deyib ki, Maradonanın özü onunla salamlaşıb.

Noyabrın 25-də 60 yaşlı sabiq futbolçunun ürək tutmasından öldüyü məlum olub. Cərrahi əməliyyatdan sonra bərpa dövrü keçən Maradona Buenos-Ayres yaxınlığındakı Tiqr şəhərindəki evində vəfat edib. Onun vəfatı ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi