Maradonanın ölümü ilə bağlı FIFA-nın qərargahındakı bayraqlar endirildi

Maradonanın ölümü ilə bağlı FIFA-nın qərargahındakı bayraqlar endirildi FIFA argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı tvitter səhifəsində növbəti dəfə paylaşım edib.
Futbol
26 Noyabr , 2020 20:00
Maradonanın ölümü ilə bağlı FIFA-nın qərargahındakı bayraqlar endirildi
Dieqo Maradona

FIFA argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı tvitter səhifəsində növbəti dəfə paylaşım edib.

"Report"un məlumatına görə, qitə futbol qurumunun İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahında bütün bayraqların endirildiyi bildirilib.

"Hamımız dahi Dieqo Maradonanın vəfatı ilə əlaqədar yas tuturuq", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi