Maradonanın oğlu reanimasiyaya yerləşdirilib

Maradonanın oğlu reanimasiyaya yerləşdirilib Ötən gün dünyasını dəyişmiş əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu kiçik Dieqo Maradona öz atasının ölümü haqqında bildikdən sonra reanimasiyaya yerləşdirilib.
Futbol
2906
26 Noyabr , 2020 03:13
Maradonanın oğlu reanimasiyaya yerləşdirilib
Dieqo Maradona və oğlu Dieqo
0 : 00
0 : 00

Ötən gün dünyasını dəyişmiş əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu kiçik Dieqo atasının ölümü haqqında bildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə tanınmış jurnalist Tankredi Palmeri özünün tvitterdəki səhifəsində bildirib.

"Təəssüf ki, "sarı mətbuat" nümayəndələrindən biri reaksiyasını öyrənmək üçün ona zəng vurub və kiçik Dieqo atasını itirdiyini bilib", - Palmeri sosial şəbəkədə yazıb.

Qeyd edək ki, əfsanəvi futbolçu noyabrın 25-də 60 yaşında ürəktutmasından ölüb. Onun oğlu koronavirusa yoluxduğundan xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi