Maradona əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib

Maradona əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib Bakı. 13 yanvar. REPORT.AZ/ Meksikanın Dorados futbol klubunun məşqçisı və 1986-cı ildə dünya çempionu olmuş Dieqo Maradona mədəsindəki qanaxma ilə əlaqədar Buenos-Ayresdəki klinikalardan birinə yerləşdirilib.
Futbol
13 Yanvar , 2019 04:24
Maradona əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Meksikanın "Dorados" futbol klubunun məşqçisı və 1986-cı ildə dünya çempionu olmuş Dieqo Maradona mədəsindəki qanaxma ilə əlaqədar Buenos-Ayresdəki klinikalardan birinə yerləşdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Bu qanaxma yırtıqla bağlıdır, ağır heç nə yoxdur", - deyə mənbə "Reuters"ə bildirib. "O, adətən hiss etdiyi narahatlıqlardan bəzilərini aradan qaldırmağa çalışır", - deyə mənbə əlavə edib.

Maradona 1986-cı ildə dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularındandır.

Daha əvvəl bildirilir ki, 58 yaşlı məşqçi Buenos-Ayresdəki "Olivos" klinikasında standart müayinədən keçib. Müayinə zamanı onun mədəsində qanaxma qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi