Maradonanın keçmiş komanda yoldaşı bomj həyatı yaşayır

Maradonanın keçmiş komanda yoldaşı bomj həyatı yaşayır İtaliyalı sabiq futbolçu Pyetro Puzone həyatında radikal dəyişiklik edib.
Futbol
28 İyun , 2020 17:57
Maradonanın keçmiş komanda yoldaşı bomj həyatı yaşayır

İtaliyalı sabiq futbolçu Pyetro Puzone həyatında radikal dəyişiklik edib.

"Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, "Napoli" ilə 1987-ci ildə Skudetto və ölkə kubokunu qazanmış keçmiş yarımmüdafiəçi bomj və narkomana çevrilib.

Puzone Neapol komandasının lideri Dieqo Maradona ilə həmin vaxt dostluq münasibətlərində olub. Onlar tez-tez gecə tədbirlərinə qatılaraq, alkoqol və narkotik qəbul ediblər. Həmin vaxtdan italiyalı oyunçuda geriləmələr baş verib. 30 ildən çoxdur ki, o, Neapoldan 14 km aralıdakı doğma şəhəri Atserrada küçədə yaşayır. Puzoneni belə vəziyyətdə "Napoli"dəki keçmiş komanda yoldaşları tapıblar.

Sabiq futbolçunun problemləri karyerasını başa vurduqdan sonra başlayıb. O, alkoqol və narkotik asılılığından qurtula bilməyib. Atserra meri Raffaele Letyeri Puzoneni sonuncu dəfə mayda koronavirus pandemiyası vaxtı müalicəyə yollanmağa inandıra bilmədiyini söyləyib: "Keçmiş yoldaşları bunu bacarsalar, Pyetro öz həyatını müsbətə doğru dəyişməyə stimul alar".

Son xəbərlər

Orphus sistemi