Maradonanın karyerası ərzində qazancı məlum oldu

Maradonanın karyerası ərzində qazancı məlum oldu Əfsanəvi futbolçu Dieqo Maradona karyerası ərzində 500 milyon ABŞ dolları qazanıb.
Futbol
28 Noyabr , 2020 00:54
Maradonanın karyerası ərzində qazancı məlum oldu
Dieqo Maradona

Əfsanəvi futbolçu Dieqo Maradona karyerası ərzində 500 milyon ABŞ dolları qazanıb.

"Report"un "Celebrity Net Worth"a istinadən məlumatına görə, argentinalı ulduzdan paytaxt Buenos-Ayres və şəhər kənarında 5 mülk və 4 avtomobil miras qalıb. Onun aktivləri müxtəlif ölkələrə səpələnib. Maradonanın İtaliya, Kuba və Venesueladakı müəssisələri barədə az bilgilər var.

Bundan başqa mərhum Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 500 min avroluq avtomobillər saxlayıb. Ona Brest "Dinamo"sunun fəxri prezidenti olduğu vaxt Belarusda "Hunta Overcomer" markalı amfibiya yük maşını, habelə 300 min avroluq brilliant üzük hədiyyə olunub.

Maradonanın bir neçə iri şirkətlə, o cümlədən, "Puma" və "Konami", "EA Sports" kimi kompüter oyunları istehsalçıları ilə müqavilələri olub.

Lakin ümumi hesablamalara əsasən, əfsanəvi futbolçunun cari əmlakı 75 - 100 milyon avro olub. Habelə, 200 milyon ABŞ dolları səsləndirilir. Amma bu məbləğdən böyük vergi çıxılmalıdır.

Daha əvvəl dostu, argentinalı jurnalist Luis Ventura Maradonanın demək olar ki, heç nəyinin qalmadığını açıqlayıb. O bildirib ki, mərhumun əmlakının bir hissəsi oğurlanıb, qalanlarını isə özü paylayıb və "Ximnasiya"nın baş məşqçisi kimi aldığı adi əmək haqqı ilə dolanıb. 2019-cu ildə Maradona heç bir miras qoymayacağını və bütün vəsaitini xeyriyyəçiliyə sərf edəcəyini açıqlayıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürək tutmasından dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi