Dieqo Maradona: "Mançester Yunayted"in baş məşqçisi olmağa hazıram"

Dieqo Maradona: "Mançester Yunayted"in baş məşqçisi olmağa hazıram" Bir zamanlar əfsanəyə çevrilmiş sabiq argentinalı futbolçu, hazırda isə məşqçilik fəaliyyəti ilə məşğul olan Dieqo Maradona İngiltərənin Mançester Yunayted futbol klubuna başçılıq etməyə hazırdır.
Futbol
6 İyun , 2019 04:35
Dieqo Maradona: Mançester Yunaytedin baş məşqçisi olmağa hazıram

Bir zamanlar əfsanəyə çevrilmiş sabiq argentinalı futbolçu, hazırda isə məşqçilik fəaliyyəti ilə məşğul olan Dieqo Maradona İngiltərənin "Mançester Yunayted" futbol klubuna başçılıq etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə 59 yaşlı mütəxəssisin özü "FourFourTwo" portalına açıqlamasında bildirib.

"Əgər "Mançester Yunayted" baş məşqçiyə ehtiyac duyursa, onda mən onlara lazım olan şəxsəm. Onlar bütün dünyaya çoxlu futbol köynəyi satırlar, mən onlara qənimətlər əldə etmək üçün lazımam və bunu necə etməyi bilirəm", - deyə Maradona bildirib.

Qeyd edək ki, Dieqo Maradona hazırda "Dorados" klubuna baş məşqçilik edir. Komanda Meksikanın ikinci liqasında çıxış edir.

Daha əvvəl Maradona baş məşqçisi olduğu "Dorados"un avtobusunu idarə edib. 

Son xəbərlər

Orphus sistemi