Dieqo ​Maradona FİFA-nın yeni prezidentini xain adlandırıb

Dieqo ​Maradona FİFA-nın yeni prezidentini xain adlandırıb "Tezliklə hər kəs buna şahid olacaq"
Futbol
2 Mart , 2016 14:50
Dieqo ​Maradona FİFA-nın yeni prezidentini xain adlandırıb

Bakı. 2 mart. REPORT.AZ/ Argentinalı futbol əfsanəsi Dieqo Maradona bir neçə gün əvvəl FİFA-ya prezident seçilən Canni İnfantinonu xain adlandırıb. "Report"un məlumatına görə, Maradona tezliklə hər kəsin buna şahid olacağını bildirib.

O, UEFA prezidenti Mişel Platinini müdafiə etmək üçün İnfantinonun bu vəzifəyə gəldiyini deyib: "ABŞ FİFA məsələsi ilə bağlı istintaqı hələ yekunlaşdırmayıb. İnfantino Platini və Yozef Blatterin bütün işlərini görürdü, ancaq bu haqda heç nə bilmir? Belədirsə, onun ya başı xarabdır, ya da səydir".

Qeyd edək ki, Mişel Platini və Yozef Blatter bir müddət əvvəl rəhbərlik etdiyi qurumlarda korrupsiya halı ilə bağlı 6 il müddətinə futboldan uzaqlaşdırıblar.

Son xəbərlər

Orphus sistemi