Maradona dünya çempionluğu forması ilə xeyriyyəçilik etdi - FOTO

Maradona dünya çempionluğu forması ilə xeyriyyəçilik etdi - FOTO Argentina milli komandasının keçmiş futbolçusu Dieqo Maradona xeyriyyə aksiyası keçirib.
Futbol
9 May , 2020 23:56
Maradona dünya çempionluğu forması ilə xeyriyyəçilik etdi - FOTO

Argentina milli komandasının keçmiş futbolçusu Dieqo Maradona xeyriyyə aksiyası keçirib.

"Report"un "El Correo"ya istinadən məlumatına görə, sabiq hücumçu qızıl medal qazandıqları 1986-cı il dünya çempionatındakı avtoqraflı futbolkası ilə 90 kq ərzaq məhsulu, maska və antiseptika toplayıb. Onların hamısı Rene Favaloro rayonunun sakinləri arasında bölüşdürüləcək.

Qeyd edək ki, aksiya paytaxt Buenos-Ayres ətrafındakı kasıb sakinlərə dəstək məqsədilə təşkil olunub. Əvvəlcə formanı hərracda satmaq planlaşdırılıb. Lakin sonradan futbolkanın daha çox yardım edənlər arasında oynanılması qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi