Bakı. 16 dekabr. REPORT.AZ/ Milanın "İnter" klubu futbol üzrə İtaliya A Seriyasının 15-ci turunda səfərdə "Kiyevo" üzərində qələbə qazanıb.
"Report" xəbər verir ki, ötən gün Veronada baş tutan görüş 2:0 hesabı ilə Roberto Mançininin yetirmələrinin xeyrinə başa çatıb.
Qarşılaşmada qolları Mateo Kovaçiç (19-cü dəqiqədə) və Andrea Ranokkya (55) vurublar.
Bu, "İnter"in Mançininin komandaya gəlişindən sonra ilk qələbəsidir.
Hazırda komanda 20 xalla turnir cədvəlində 11-ci yeri tutur.