“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər

“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər 36 yaşlı hücumçunun dizindən aldığı zədə vaxtından əvvəl sağalıb
Futbol
21 Avqust , 2017 11:49
“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər

Bakı. 21 avqust. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” klubu futbolçu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər.

“Report”un ESPN-ə istinadən verdiyi məlumata görə, buna səbəb 36 yaşlı isveçli hücumçunun dizindən aldığı ağır zədədən sonra erkən sağalmasıdır.

Daha əvvəl aprelin 20-də Avropa Liqasının 1/4 final mərhələsində Belçika “Anderlext”i ilə görüşdə ağır zədə alan forvardın 2017/2018 mövsümünün ikinci yarısında meydana qayıdacağı bildirilirdi.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Mançester Yunayted”in formasını geyinib. O, iştirak etdiyi 46 matçda 26 qol vurub. 

Son xəbərlər

Orphus sistemi