Bakı. 22 mart. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 30-cu turunda səfərdə "Liverpul" üzərində 2:1 hesablı qələbə qazanıb.
"Report" xəbər verir ki, "qırmızı şeytanlar"ın heyətində Xuan Mata dubl edib.
"Mersisaydlar"ın heyətində isə Daniel Starridc fərqlənə bilib.
Qeyd edək ki, "Liverpul" ikinci hissənin əvvəlində azlıqda qalıb. Komandanın kapitanı meydana çıxdıqdan 40 saniyə sonra kobudluğa görə qırmızı vərəqə görüb.
Oyuna əlavə olunmuş dəqiqələrdə Ueyn Runi on bir metrlik cərimə zərbəsindən yararlana bilməyib.