"Mançester Yunayted" Ronaldunu geri qaytarmaq istəyir

"Mançester Yunayted" Ronaldunu geri qaytarmaq istəyir İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu yenidən "Mançester Yunayted"ə qayıda bilər.
Futbol
11 Noyabr , 2020 18:15
Mançester Yunayted Ronaldunu geri qaytarmaq istəyir
Kriştianu Ronaldu

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu yenidən İngiltərənin "Mançester Yunayted" klubuna qayıda bilər.

"Report" xəbər verir ki, bu barədə "Fox Sports"un müxbiri Kristian Martin özünün tvitter səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, "qırmızı şeytanlar" sabiq hücumçusunun xidmətində maraqlıdır. Portuqaliyalı forvardın özü də Premyer Liqa təmsilçisinə qayıtmağın əleyhinə deyil. Hətta Turin klubunun da 35 yaşlı oyunçunu buraxmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. Daha sonra İspaniya "Real Madrid"inə keçən futbolçu 2018-ci ilin yayında "Yuventus"la 4 illik müqavilə imzalayıb. O, mankunianların heyətində 3 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi