"Mançester Yunayted" qapıçısını satmaq istəyir

"Mançester Yunayted" qapıçısını satmaq istəyir "Qırmızı şeytanlar" qolkiper üçün gələn transfer təkliklərini nəzərdən keçirəcək
Futbol
13 Mart , 2021 10:24
Mançester Yunayted qapıçısını satmaq istəyir
David de Xea

İngiltərənin "Mançester Yunayted" klubunu qapıçısı David de Xea ilə yollarını ayıra bilər.

"Report" "Football Insider" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 31 yaşlı qolkiper üçün gələn transfer təkliklərini nəzərdən keçirəcək.

Klub qapıçı mövqeyi də daxil olmaqla heyəti yenidən qurmağı planlaşdırır. "Mançester Yunayted" digər qapıçısı Serxio Romeronu da satmaq niyyətindədir.

Qeyd edək ki, David de Xea 2011-ci ildə İspaniyanın "Atletiko" (Madrid) klubundan 25 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçib. Onun sözləşməsi 2023-cü ilin yayında başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi