"Mançester Yunayted" Poqba ilə vidalaşmağa hazırdır

"Mançester Yunayted" Poqba ilə vidalaşmağa hazırdır İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Pol Poqbanı satmağa hazırdır.
Futbol
11 Yanvar , 2021 18:54
Mançester Yunayted Poqba ilə vidalaşmağa hazırdır

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Pol Poqbanı satmağa hazırdır.

"Report" "Express" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" fransalı yarımmüdafiəçi üçün 75 milyon funt sterlinq tələb edir.

Hazırda 28 yaşlı oyunçu ilə İtaliyanın "Yuventus", İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları yaxından maraqlanır.

Qeyd edək ki, Pol Poqba "Mançester Yunayted"ə 2016-cı ildə Turin klubundan keçib.

Son xəbərlər

Orphus sistemi