“Mançester Yunayted” “Nyukasl”ı darmadağın edib

“Mançester Yunayted” “Nyukasl”ı darmadağın edib İngiltərə Premyer Liqasının 5-ci turunun matçında “Nyukasl Yunayted” “Mançester Yunayted” qəbul edib.
Futbol
18 Oktyabr , 2020 01:18
“Mançester Yunayted” “Nyukasl”ı darmadağın edib

İngiltərə Premyer Liqasının 5-ci turunun matçında “Nyukasl Yunayted” “Mançester Yunayted”i qəbul edib.

“Report” xəbər verir ki, Nyukasl-apon-Taynda keçirilən matç qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 2-ci dəqiqəsində "Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou topu öz qapılarına vurub. Qarşılaşmanın 23-cü dəqiqəsində müdafiəşi Harri Maquayr hesabı bərabərləşdirib.

İkinci hissənin 86-cı dəqiqəsində yarımmüdafiəçi Brunu Fernandeş "Mançester Yunayted"i hesabda irəli çıxarıb. Dörd dəqiqə sonra qonaqların müdafiəçi Aaron Van-Bissaka qonaqların hesabdakı üstünlüyünü gücləndirib. Əlavə olunmuş vaxtda “Mançester Yunayted"in hücumçusu Markus Raşford qarşılaşmada son nöqtəni qoyub.

“Mançester Yunayted” 6 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdə qərarlaşıb. Yeddi xalı olan “Nyukasl” 11-ci yerdədir.

Turnir cədvəlinə 13 xalla “Everton” başçılıq edir.

Son xəbərlər

Orphus sistemi