"Mançester Yunayted" "Nyukasl"a qalib gələrək İngiltərə çempionatında 2-ci yerə yüksəldi

"Mançester Yunayted" "Nyukasl"a qalib gələrək İngiltərə çempionatında 2-ci yerə yüksəldi "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 25-ci turunun matçında "Nyukasl Yunayted"lə qarşılaşıb
Futbol
22 Fevral , 2021 01:53
Mançester Yunayted Nyukasla qalib gələrək İngiltərə çempionatında 2-ci yerə yüksəldi

Mançester şəhərinin "Old Trafford" stadionunda "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 25-ci turunun matçında "Nyukasl Yunayted"lə qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda Markus Reşford (30-cu dəqiqə), Deniel Ceyms (57), Brunu Fernandeş (75 penalti), Allan Sent-Maksimen (36) fərqləniblər.

"Mançester Yunayted" bu qələbədən sonra xallarının sayını 49-a çatdırıb. Komanda İngiltərə çempionatının turnir cədvəlində ikinci yerə qayıdıb. "Nyukasl" 25 xalla 17-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi