"Mançester Yunayted" niderlandlı müdafiəçini heyətinə qatıb

"Mançester Yunayted" niderlandlı müdafiəçini heyətinə qatıb İngiltərənin "Mançester Yunayted" klubu yeni transferini gerçəkləşdirib.
Futbol
4 İyul , 2022 10:17
Mançester Yunayted niderlandlı müdafiəçini heyətinə qatıb
Teyrell Malasia

İngiltərənin "Mançester Yunayted" klubu yeni transferini gerçəkləşdirib.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, "qırmızı şeytanlar" Niderland "Feyenoord"unda çıxış edən Teyrell Malasianı heyətinə qatıb. 23 yaşlı müdafiəçi artıq yeni klubunda tibbi müayinədən keçib. Niderlandlı oyunçunun müqaviləsi 2026-cı ilədək nəzərdə tutulacaq.

Qeyd edək ki, "Feyenoord"un yetirməsi olan Teyrell Malasia 2017-ci ildən əsas komandada çıxış edir.

Son xəbərlər

Orphus sistemi