"Mançester Yunayted" mövsümün sonunda 6 futbolçusu ilə vidalaşacaq

"Mançester Yunayted" mövsümün sonunda 6 futbolçusu ilə vidalaşacaq İngiltərənin Mançester Yunayted komandası yay transfer dövründə heyətdə böyük dəyişikliklər etməyi planlaşdırır.
Futbol
131
4 Aprel , 2019 13:32
Mançester Yunayted mövsümün sonunda 6 futbolçusu ilə vidalaşacaq

İngiltərənin "Mançester Yunayted" komandası yay transfer dövründə heyətdə böyük dəyişikliklər etməyi planlaşdırır.

"Report" BBC-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yenidənqurma edərək son bir neçə ildə rekord rəqəm hesab olunan 6 futbolçu ilə yollarını ayıra bilər. Komanda son olaraq 2015-ci hollandiyalı mütəxəssis Lui van Qalın dönəmində bir çox oyunçu ilə vidalaşıb.

Bu qədər futbolçunun satılması baş məşqçi Ule-Qunnar Şulşerin heyəti gücləndirərkən daha böyük büdcəyə sahib olacağı anlamına gəlir.

Bu planlara hazırda Ander Errera, Xuan Mata və Aleksis Sançesin gələcəyinə dair qeyri-müəyyənliklər mane olur. Errera və Matanın müqaviləsi mövsümün sonunda başa çatır və klub hər iki yarımmüdafiəçinin sözləşməsini uzatmaq üçün razılıq əldə etməyib. Sançesə gəldikdə, İngiltərə təmsilçisi hücumçunu satmaq niyyətindədir, lakin onun yüksək məbləğdə məvacibinin potensial alıcıları qorxutduğundan ehtiyatlanır. 

Son xəbərlər

Orphus sistemi