“Mançester Yunayted” - “Mançester Siti” oyunundan sonra baş vermiş davanın səbəbi məlum olub

“Mançester Yunayted” - “Mançester Siti” oyunundan sonra baş vermiş davanın səbəbi məlum olub Qarşıdurma qonaqların Zlatan İbrahimovçi ələ salmaları üzündən baş verib
Futbol
12 Dekabr , 2017 12:28
“Mançester Yunayted” - “Mançester Siti” oyunundan sonra baş vermiş davanın səbəbi məlum olub

Bakı. 12 dekabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində keçirilən “Mançester Yunayted” – “Mançester Siti” oyunundan sonra hər iki komandanın məşqçi və futbolçuları arasında baş vermiş davanın səbəbi məlum olub.

“Report” “Marca”ya istinadən xəbər verir ki, qarşıdurma 2:1 hesabı ilə qalib gələn qonaq komanda üzvlərinin meydan sahiblərinin hücumçusu Zlatan İbrahimoviçi ələ salmaları üzündən baş verib. Matçdan sonra “Mançester Siti”nin futbolçuları rəqs edərək, “İbra, sən çox danışırsan, amma hərəkət etmirsən”, - formasında mahnı oxuyublar. Bundan “qırmızı şeytanlar”ın üzvləri qonaqların paltardəyişmə otağına daxil olublar və nəticədə 20 nəfərin iştirakçısı olduğu dava düşüb.

İngiltərə Futbol Assosiasiyası insidentlə bağlı intizam işi açıb.

Qeyd edək ki, daha əvəl "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun qələbəni çılğın şəkildə qeyd edən "Mançester Siti"nin qapıçısı Edersonla mübahisə etdiyi və onun başına plastik qab çırpdığı bildirilirdi. Oyuna gəldikdə, səfər qələbəsi sayəsində lider "Mançester Siti" xallarını 46-ya çatdıraraq, ikinci pillədəki "Mançester Yunayted"dən 11 xal uzaqlaşıb.

Son xəbərlər

Orphus sistemi