​"Mançester Yunayted" klubun baş məşqçisinin istefasını təsdiqləyib

​"Mançester Yunayted" klubun baş məşqçisinin istefasını təsdiqləyib Lui van Qal postunu tərk edib
Futbol
24 May , 2016 00:11
​Mançester Yunayted klubun baş məşqçisinin istefasını təsdiqləyib

Bakı. 24 may. REPORT.AZ/ Holland mütəxəssis Lui van Qal İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi postunu tərk edib.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.

"Mançester Yunayted"in vitse prezidenti Ed Vudvord 64 yaşlı məşqçiyə komandada keçirdiyi illərə görə minnətdarlığını bildirib və Van Qalın klubun sükanı arxasında yüksək peşəkarlığını qeyd edib.

Van Qal "Mançester Yunayted"ə 2014-cü ildə baş məşqçi gətirilib. O bu postda Devid Moyesin istefasından sonra klubda baş məşqçi vəzifəsini müvəqqəti icra edən Rayan Giqqzi əvəz edib.

Son xəbərlər

Orphus sistemi