"Mançester Yunayted"in transfer etmək istədiyi futbolçular bəlli olub

"Mançester Yunayted"in transfer etmək istədiyi futbolçular bəlli olub İngiltərənin "Mançester Yunayted" klubunun yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçuların adları bəlli olub.
Futbol
7 aprel 2022 17:26
Mançester Yunaytedin transfer etmək istədiyi futbolçular bəlli olub

İngiltərənin "Mançester Yunayted" klubunun yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçuların adları bəlli olub.

"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"dən Harri Keyn, "Vest Hem"dən Deklan Rays və "Aston Villa"dan Con Makginni transfer etmək istəyir.

Mansçester təmsilçisinin rəhbərliyi sözügedən oyunları almaq üçün böyük büdcə ayırmağı planlaşdırır.

Qeyd edək ki, "Mançester Yunayted"ə yeni mövsümdən Niderland "Ayaks"ının baş məşqçisi Erik ten Haq rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi