"Mançester Yunayted"in oyunu koronavirusa görə ləğv olundu

"Mançester Yunayted"in oyunu koronavirusa görə ləğv olundu İngiltərənin Mançester Yunayted və Stok Siti komandaları arasındakı yoldaşlıq görüşü oyunun startına bir neçə dəqiqə qalmış təxirə salınıb.
Futbol
10 İyun , 2020 10:53
Mançester Yunaytedin oyunu koronavirusa görə ləğv olundu

İngiltərənin "Mançester Yunayted" və "Stok Siti" komandaları arasındakı yoldaşlıq görüşü oyunun startına bir neçə dəqiqə qalmış təxirə salınıb.

"Report"un "Manchester Evening News" nəşrinə istinadən verdiyi məlumata görə, buna "şəhərlilər"in baş məşqçisi Maykl ONilə koronavirus diaqnozunun qoyulması səbəb olub.

Matç iyunun 9-da "Mançester Yunayted"in Karrinqtondakı bazasında keçirilməli idi. "Mankunianlar" oyunöncəsi məşğələlərə başlasalar da, ONilin yoluxduğu bilinən kimi dərhal meydanı tərk ediblər. Komandanın futbolçuları "Stok Siti"dən heç kiminlə təmasda olmadıqlarından, onların yoluxma ehtimalı yüksək deyil.

Hazırda İngiltərə Premyer Liqası koronavirusun yayılması ilə əlaqədar dayandırılıb. Çempionatın iyunun 17-də bərpa olunması nəzərdə tutulub.

Qeyd edək ki, "Mançester Yunayted" 29 oyundan 45 xalla 5-ci yeri tutur. "Stok Siti" isə Çempionşipdə çıxış edir. 

Son xəbərlər

Orphus sistemi