"Mançester Yunayted"in kapitanı sərbəst buraxıldı

"Mançester Yunayted"in kapitanı sərbəst buraxıldı Yunanıstanda tutulanİngiltərə millisinin və "Mançester Yunayted" klubunun futbolçusu Harri Maquayr sərbəst buraxılıb.
Futbol
22 Avqust , 2020 16:36
Mançester Yunaytedin kapitanı sərbəst buraxıldı
Harri Maquayr

Yunanıstanda tutulan İngiltərə millisinin və "Mançester Yunayted" klubunun futbolçusu Harri Maquayr sərbəst buraxılıb. 

"Report" "Newsit" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi maraqlarını təmsil edəcək vəkillər təyin etdiyi üçün ölkəsinə qayıda biləcək. İş üzrə məhkəmə prosesi avqustun 25-ə təxirə salınıb. 

Qeyd edək ki, "Mançester Yunayted"in kapitanı olan Harri Maquayr gecə klubundakı münaqişədən sonra polisə hücum etdiyi üçün tutulub. Hadisə avqustun 21-də Mikonos adasında baş verib. Maquayrlə birlikdə daha iki nəfər saxlanılmışdı. 

Son xəbərlər

Orphus sistemi