"Mançester Yunayted"in futbolçusu Bundesliqa klubunda

"Mançester Yunayted"in futbolçusu Bundesliqa klubunda İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Timoti Fosu-Mensa Almaniya "Bayer"inə keçib.
Futbol
13 Yanvar , 2021 20:14
Mançester Yunaytedin futbolçusu Bundesliqa klubunda

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Timoti Fosu-Mensa Almaniya "Bayer"inə keçib.

"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı müdafiəçi yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb.

Keçidin maliyyə detalları açıqlanmayıb. 23 yaşlı futbolçu "Bayer"də 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 2014-cü ildən "Mançester Yunayted"in formasını geyinən Timoti Fosu-Mensa 2020/2021 mövsümündə "qırmızı şeytanlar"ın heyətində cəmi 1 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi