"Mançester Yunayted"in futbolçusu azarkeşi təhqir etdi

"Mançester Yunayted"in futbolçusu azarkeşi təhqir etdi İngiltərə Futbol Assosiasiyası "Mançester Yunayted"in futbolçusu Edinson Kavanini sosial şəbəkədə təhqiramiz ifadələr işlətməkdə ittiham edib.
Futbol
17 dekabr 2020 12:22
Mançester Yunaytedin futbolçusu azarkeşi təhqir etdi
Edinson Kavani

İngiltərə Futbol Assosiasiyası "Mançester Yunayted"in futbolçusu Edinson Kavaniyə qarşı ittiham irəli sürüb.

"Report" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı uruqvaylı hücumçu instaqramda azarkeşi təhqir edib.

"Mançester Yunayted" həmin ifadənin başqa mənada işlədildiyini və Cənubi Amerikada fərqli mənalar daşıdığını vurğulayıb. Klub sonradan mesajın silindiyini bildirib.

Kavani 2021-ci il yanvarın 4-dək İngiltərə Futbol Assosiasiyasına izahat verməlidir.

Son xəbərlər

Orphus sistemi