"Mançester Yunayted"in baş məşqçisi "Rostov"la oyunda hesabı açan Markos Roxoya banan yedirib

"Mançester Yunayted"in baş məşqçisi "Rostov"la oyunda hesabı açan Markos Roxoya banan yedirib Öz növbəsində argentinalı müdafiəçi bananı alaraq, meydandaca yeməyə başlayıb
Futbol
1124
17 Mart , 2017 02:24
Mançester Yunaytedin baş məşqçisi Rostovla oyunda hesabı açan Markos Roxoya banan yedirib
Courtesy İmage

Bakı. 17 mart. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" və Rusiyanın "Rostov" komandaları arasındakı Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə gözlənilməz olay baş verib.

"Report"un məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo komandası hesabı açdıqdan az sonra futbolçusu Markos Roxoya banan yedirib. O, bananı soyduqdan sonra ehtiyat oyunçular skamyasındakı Eşli Yanqı yanına çağırıb və onu Roxoya çatdırmasını istəyib. Öz növbəsində argentinalı müdafiəçi bananı alaraq, meydandaca yeməyə başlayıb.

Qeyd edək ki, görüş "Mançester Yunayted"in qələbəsi ilə yekunlaşıb - 1:0. Bununla da "qırmızı şeytanlar" 1/4 finala yüksəliblər.

Son xəbərlər

Orphus sistemi