Bakı. 29 fevral. REPORT.AZ/ "Mançester Yunayted" komandasının baş məşqçisi Lui van Qal "Arsenal"la İngitərə Premyer Liqası matçında dördüncü hakimə yaxınlaşaraq, yerə yıxıldığı epizodu şərh edib. "Report"un məlumatına görə, hollandiyalı mütəxəssis həmin vaxt əsəbi olduğunu bildirib.
Van Qal bu addımın baş hakim, laynsman və dördüncü hakimin nüfuzuna xələl gətirdiyini söyləyib: "Bu səbəbdən, üzr istədim və onlar da üzrxahlığımı qəbul etdilər".
Qeyd edək ki, Lui van Qal "Arsenal" futbolçusunun simulyasiyaya yol verdiyi göstərmək üçün dördüncü hakimin qarşısında yerə yıxılıb.



