"Mançester Yunayted" İngiltərə Kubokunun yarımfinalına çıxıb

"Mançester Yunayted" İngiltərə Kubokunun yarımfinalına çıxıb "Qırmızı şeytanlar" "Brayton"a qalib gəliblər
Futbol
18 Mart , 2018 05:00
Mançester Yunayted İngiltərə Kubokunun yarımfinalına çıxıb

Bakı. 18 mart. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun ¼ final matçında "Brayton end Houv Albion" komandası üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Mançester şəhərinin "Old Trafford" stadionunda keçirilən görüş 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Oyunda qolları forvard Romelu Lukaku və yarımmüdafiəçi Nemanya Matiç vurub.

"Mançester Yunayted" İngiltərə Kubokunun ikinci yarımfinalçısı olub. Ondan əvvəl "Tottenhem Hotspur" "Suonsi Siti"ni 3:0 hesabı ilə məğlub edərək 1/2 finala vəsiqə qazanıb.

İngiltərə Kuboku. 1/4 final

"Mançester Yunayted" – "Brayton end Houv Albion" - 2:0

Qollar:1:0 – Lukaku – 37, 2:0 – Matiç – 83

Son xəbərlər

Orphus sistemi